Lənkəran rayonunda məktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Manevr.az xəbər verir ki, faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, ötən gün Quluzadə Vurğun Asif oğlu Lənkəran-Lerik magistral avtomobil yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində idarə etdiyi 10-SV-620 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz C230" markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar - 2017-ci il təvəllüdlü Əlizadə Günay Şamid qızı və 2014-cü il təvəllüdlü Əlizadə Ramid Şamid oğlunu vurub. Sonuncular xəstəxanaya aparılarkən yolda ölüblər.
Xəbər lenti
Lənkəranda məktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar