Rusiyanın Amur vilayətində dəmiryolunda dəhşətli qəza baş verib. 
Manevr.az milli.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb, 2 nəfər həlak olub.
Qəzadan sonra bölgədə fövqəladə vəziyyət elan olunub.
Regional Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, sentyabrın 19-da Uzaq Şərq dəmir yolunun Belenkaya-Fedoseyev sahəsində qatar sökülməkdə olan yol hissəsinə daxil olaraq buldozerlə toqquşub. Nəticədə iki düz vaqon və rels kranı relsdən çıxıb.
Qəza zamanı vaqonlarda olan 2 nəfərdən biri hadisə yerində həlak olub, digəri isə xəstəxanada dünyasını dəyişib. Ümumilikdə 12 nəfər müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir və reanimasiya şöbəsində müalicə alır.
	   
	    
		
	 Xəbər lenti 
					
 
		Rusiyada dəmiryolunda dəhşətli qəza: Ölənlər və yaralananlar var

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















