Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Əsgərlikdə əkiz qardaşından ayırdılar, özünü asdı

Tarix: 18-09-2025 18:03     Baxış: 383 A- / A+


Əsgərlikdə əkiz qardaşından ayırdılar, özünü asdı
Qazaxıstanda 19 yaşlı əsgər intihar edib.
Yerli media bildirir ki, hadisə Almatı vilayətində yerləşən hərbi hissədə baş verib.
Məlumata görə, keçən ilin payızında Şınarbek Daniyal Talğat oğlu hərbi xidmətə yollanıb. Bu ilin yazında isə onun əkiz qardaşı Dinmuhammet də əsgərliyə gedib və eyni hərbi hissədə olublar. Əkiz qardaşları ayırmaq qanunsuz olsa da, andiçmədən sonra Dinmuhammeti başqa hərbi hissəyə göndəriblər. Tək qalan Dinmuhammet burada özünü asıb.
Əsgərin ailəsi prezidentdən bu işi şəxsi nəzarətə götürməsini xahiş edir.
Ölkə Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti baş verən hadisə ilə bağlı şərh verib.
"Bu ilin 17 sentyabr tarixində Qvardiya qarnizonunun hərbi hissələrindən birində müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu özünü asaraq intihar edib. Bu faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır. Quru Qoşunlarının baş komandanının tapşırığı ilə hadisənin bütün hallarını araşdırmaq üçün xüsusi komissiya göndərilib. Quru Qoşunları Komandanlığı mərhum hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara bütün zəruri yardım göstəriləcək," – deyə məlumatda bildirilir.lent.az


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar