Sizin Reklam Burada
Xəbər lenti
18-04-2026
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

Emoməli Rəhmonun azərbaycanlı dostu vəfat etdi - FOTO

Tarix: 17-09-2025 16:55     Baxış: 366 A- / A+

Tanınmış azərbaycanlı mütəxəssis və texnoloq Tacikistanda dünyasını dəyişib.
 
Manevr.az-ın Manset.az-a istinadən məlumatına görə, Aftandil Əhmədov Tacikistan Respublikasının Xücənd şəhərində vəfat edib. Ailəsinin qərarı ilə mərhum yaşadığı şəhərdə dəfn olunub.
Aftandil Əhmədov Tacikistan və Özbəkistanda onlarla kabel zavodlarının baş mütəxəssis - texnoloqu vəzifəsində çalışıb.
Əslən Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonundan olan A. Əhmədov bir neçə dəfə Tacikistan prezidenti Emoməli Rəhmonun zavodların açılış mərasimlərində iştirak edib və dövlət başçısına müəssisələrin fəaliyyəti barədə məruzələr təqdim edib. Prezident isə onu özünün azərbaycanlı dostu adlandırıb.
Qeyd edək ki, Aftandil Əhmədov tanınmış texnoloqlardan biri olub. O, adıçəkilən ölkələrdə zavodların qurulması və istehsal güclərinin artırılmasında böyük xidmətlər göstərib. O, uğurlu fəaliyyətinə görə, bir çox orden və medallarla təltif edilib.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar