Bu gün, sentyabrın 7-də, Rusiya ordusu Odessa və şəhər ətrafına kütləvi dron hücumu həyata keçirib. Hücum nəticəsində üç nəfər xəsarət alıb.
Manevr.az xəbər verir ki, UNİAN müxbirinin məlumatına görə, səhərə yaxın bir neçə saat ərzində ruslar Qara dəniz istiqamətindən Odessaya “Şahed” tipli dronlar buraxıblar.
Şəhərin müxtəlif rayonlarında partlayış və atəş səsləri eşidilib. Zərbə dronları birbaşa yaşayış binalarının üzərindən uçub, onların vızıltısı aydın eşidilib.
Odessa vilayət prokurorluğunun mətbuat xidmətindən bildirilib ki, səhər saatlarında Rusiya Silahlı Qüvvələri Odessanı, Odessa rayonunu və regionun daha bir yaşayış məntəqəsini zərbə dronları ilə kütləvi hücuma məruz qoyub. Xüsusilə, vilayət mərkəzinə bitişik yaşayış məntəqələrində və bir kənddə 5 mərtəbəli bina, taxıl anbarları və 7 avtomobil zədələnib.
“Düşmənin hücumu nəticəsində Odessada 3 mülki şəxs – 73 yaşlı qadın, 27 yaşlı qadın və 36 yaşlı kişi xəsarət alıb. Qadınlar xəstəxanaya yerləşdirilib, kişiyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib,” – deyə qurum əlavə edib.apa
 Xəbər lenti 
					
 
		Odessaya kütləvi dron hücumu olub, binalar zədələnib, insanlar xəsarət alıb

Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















