Xəbər lenti 
					
 
		Sərnişin avtobusu yük maşını ilə toqquşdu: xəsarət alanlar var
Sumqayıt şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan "Mersedes" markalı yük avtomobilinin təkəri qəfil partlayıb. Nəticədə yük avtomobili idarəetmədən çıxaraq qarşıda hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində avtobusda olan 2 sərnişin Sumqayıt Tibb Mərkəzinə çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, qəza ilə əlaqədar 2 sərnişin xəstəxanaya müraciət edib. Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə məqsədi ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















