Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 56 yaşlı kişi 89 yaşlı atasını DÖYƏRƏK ÖLDÜRÜB

Tarix: 05-09-2025 21:00     Baxış: 335 A- / A+
Bakıda 56 yaşlı kişi 89 yaşlı atasını DÖYƏRƏK ÖLDÜRÜBBakıda 56 yaşlı Rasim Məlikov (ad və soyad şərtidir) 89 yaşlı atasını döyərək öldürüb.

Hadisə 19 mart 2024-cü il gecə saat 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən mənzildə baş verib.

Təqsirləndirilən şəxs, orta dərəcəli sərxoş vəziyyətdə olarkən, xəstəliklərdən inildəyən 89 yaşlı atasını (zərərçəkmiş) mübahisə zamanı əl və yumruqla döyüb. Zərərçəkmişə baş beyin travması, qansızmalar, qançırlar və digər ağır xəsarətlər yetirilib, nəticədə o, xəstəxanada vəfat edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilməyib, atasının özü yıxıldığını iddia edib. Lakin tibbi ekspertiza rəyləri (169/2024 və 333 nömrəli) xəsarətlərin döyülmə nəticəsində yarandığını, yıxılma ilə uyğun olmadığını təsdiqləyib. Şahidlərin ifadələri, o cümlədən bir şahidin zərərçəkmişin oğlu tərəfindən əvvəllər də itələndiyini eşitməsi və polis çağırmağa mane olması kimi detallar da cinayəti sübut edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi cinayət işinə baxış keçirərək, 1969-cu il təvəllüdlü Rasim Məlikovu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə təqsirli bilib.

Məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmaması kimi yüngülləşdirici halı nəzərə alıb, ağırlaşdırıcı hal müəyyən etməyib. Nəticədə 9 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. baku.ws

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar