Xankəndi şəhərində müğənni kimi fəaliyyət göstərən şəxs həbs edilib.
Manevr.az-ın "Qafqazinfo"-ya istinadla məlumatına görə, 8 aydan artıq müddətdə Xankəndidə yaşayan 1990-cı il təvəllüdlü E.Quliyevin (şərti soyadlı) qaldığı evdə narkotik vasitələr və patronlar aşkar edilib.
Belə ki, polis əməkdaşları daxil olmuş məlumat əsasında müğənninin qaldığı 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilə baxış keçiriblər. Bu zaman stolun üstündən bükümdə narkotik vasitə və 7,62 kalibrli patronlar aşkar edilib.
Fakta görə Xankəndi ŞPŞ-də Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə cinayət işi açılıb.
Əslən Laçın rayonunun Minkənd kəndindən olan E.Quliyev Xankəndiyə işləmək məqsədilə gəldiyini və restoranlarda müğənnilik etdiyini deyib. O, patronları yaşadığı mənzildən, narkotiki isə küçədən tapdığını deyib.
Müğənni Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə 7 aylıq həbs edilib.
	   
	    
		
	 Xəbər lenti 
					
 
		Xankəndidə müğənni həbs olundu - narkotikə görə

	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















