Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

Astarada molla məsciddə bıçaqlandı

Tarix: 02-09-2025 09:04     Baxış: 336 A- / A+
Astara rayonunda molla məsciddə bıçaqlanıb.

Hadisə şəhərin H.Əliyev prospektində yerləşən Giləkəran məscidində baş verib.

Rayonun Ərçivan qəsəbə sakini Ceyhun Babayevin (soyad şərtidir) qızının əri Seyidəzim bankdan kredit götürərkən uzaq qohumu Azadın həyat yoldaşı ona zamin dayanıb. Bir müddətdən sonra Azad Seyidəzimlə görüşərək, həyat yoldaşının adının zaminlikdən çıxarılmasını istəyib. Seyidəzim isə ona söz verib ki, bir ay müddətində məsələni həll edəcək.

Hadisədən iki ay keçməsinə baxmayaraq, Azadın həyat yoldaşının adı zaminlikdən çıxmayıb. Azad bunun səbəbini öyrənmək üçün Seyidəzimin evinə getsə də, ev sahibinin həyat yoldaşı ərinin evdə olmadığını bildirib. Nəticədə, Azadla qadın arasında mübahisə yaranıb. Geri qayıdan Azad məsciddə Ceyhunu görüb və qızının onu təhqir etdiyini bildirib.

Ceyhun məsələni araşdırmaq üçün qızıgilə gedərkən məlum olub ki, onun qızı Azadı söyməyib, əksinə, Azad onun qızına nalayiq sözlər deyib. Hadisədən əsəbiləşən Ceyhun evindən bıçaq götürərək məscidə gəlib. O, məscidin qarşısında Azadı görüb və cibindən bıçağı çıxararaq ona hücum edib. Azad ondan qaçmaq üçün məscidə daxil olub, qapını bağlamaq istəyərkən, Ceyhun qapının arasından bıçaqla Ceyhunun qol və ağız nahiyəsinə zərbələr endirib.

Məsciddəki şəxslər hadisə yerinə gələrək onları aralaşdırıblar və polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Ceyhunu saxlayıblar və məhkəmənin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Astara Rayon Məhkəməsinin hökmü ilə C.Babayev 2 il azadlıqdan məhrum edilib.

Məlumata görə, zərərçəkmiş şəxs Astara rayonu ərazisində dini mərasimlərdə molla kimi fəaliyyət göstərirmiş. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar