Xəbər lenti
Bakı bulvarında insident - Həbs edilən var

Bakı bulvarında ictimai asayişi pozan şəxs həbs edilib.
Manevr.az xəbər verir ki, hadisə avqustun 28-i gecə saat 00:40 radələrində baş verib.
Dənizkənarı Milli Park ərazisində 4-5 nəfər arasında kütləvi dava-dalaş olmasına dair polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə hadisəni törədən şəxslərdən biri - 1994-cü il təvəllüdlü A.Qədirov saxlanılıb. Onun narkotik vasitə istifadə etməsi də müəyyən olunub.
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aparılan şəxslə bağlı araşdırma başlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535-ci maddələrinə əsasən protokol tərtib edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 20 sutkalıq həbs edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































