Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Həkimlərin rəqs etdiyi görüntülərdə əməliyyat olunan pasiyent danışdı

Tarix: 23-08-2025 11:59     Baxış: 365 A- / A+



Əməliyyat olunan pasiyent çılpaq halda çəkilmiş görüntülərinin sosial şəbəkələrdə yayılmasından şikayətçidir.
Manevr.az xəbər verir ki, kadrlardakı pasiyent bu barədə Xəzər TV-yə danışıb.
Pasiyent bu addımı atanların cəzalandırılmasını istəyir: "Mənim əsəbdən səsim tutulub. Bunların cəzası verilsin. Hazırda Azərbaycanda deyiləm, amma haqlarında şikayətçiyəm. Mənə dəyən bütün maddi-mənəvi zərər qarşılanmalıdır".
Onun sözlərinə görə, videonu görəndə xəstəxanaya müraciət edib: "Mənə deyirlər ki, video xəbərsiz çəkilib. Necə xəbərsiz çəkilib ki, həkim poza verə-verə oynayır, şişi şişə vurur?! Mən narkozda olmuşam. Mənim üstümdə şişi şişə vurur, elə bil yorğana biz batırır. Elə bil oradakı insan deyil. Videonu görəndən əsəb keçirirəm, hər günüm, hər dəqiqəm xəstəxanada keçir.
Gülbadə (red. əməliyyat edən şəxs) deyir ki, video 5-6 ay əvvəl çəkilib. Kadrlar isə iyunun 15-də əməliyyata girdiyim vaxt lentə alınıb. Görüntüləri "UĞUR Estetik Mərkəzi 777" klinikasının sahibi Xəyalə İsmayılova çəkib".
Xatırladaq ki, sözügedən görüntülərlə bağlı Səhiyyə Nazirliyindən bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil. Sahibkar Xəyalə İsmayılovaya məxsus "UĞUR Estetik Mərkəzi"nin isə lisenziyası yoxdur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar