Xəbər lenti 
					
 
		Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu - TƏFƏRRÜAT
 Biləsuvarda 31 yaşlı kişi evinə qonaq gələn xalası oğluna xəsarət yetirib.
Biləsuvarda 31 yaşlı kişi evinə qonaq gələn xalası oğluna xəsarət yetirib.Hadisə şəhərin M.İbrahimov küçəsində yerləşən evlərdən birində baş verib. Şəhər sakini, 1996-cı il təvəllüdlü Rəşad Səmədov (ad və soyad şərtidir) həmin ünvanda yaşayan xalası oğlu, 1994-cü il təvəllüdlü Rəşid Ağayevin (ad və soyad şərtidir) evinə qonaq gedib. Onlar bir yerdə vaxt keçiriblər. Gecə saatlarında qohumlar zarafatlaşan vaxt qonaq gələn R.Səmədov zarafatdan inciyib və onların arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. Dava nəticəsində, R.Ağayev mətbəxdəki kəsici alət hesab edilən dəhrə ilə xalası oğlunu vurub. O, R.Səmədovun qoluna xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib və hadisə yerinə Biləsuvar RPŞ əməkdaşları gəliblər.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib. oxu.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















