Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Naxçıvandakı qəzada ölən şəxslərdən biri nazirlik əməkdaşı imiş - FOTO

Tarix: 15-08-2025 10:26     Baxış: 3153 A- / A+

Naxçıvan Muxtar Respublikasında baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərdən biri nazirlik əməkdaşı olub.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən Möhlət Baxtıcamal oğlu Zamanov Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşı idi.
Qeyd edək ki, hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb.
Belə ki, 33 yaşlı Möhlət Baxtıcamal oğlu Zamanovun idarə etdiyi "Mercedes" markalı avtomobil "Ford" markalı nəqliyyat vasitəsilə toqquşub.
Nəticədə Babək rayon Qahab kənd sakini, Möhlət Baxtıcamal oğlu Zamanov və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini Mənsur Mərdan oğlu Zamanov hadisə yerində dünyasını dəyişiblər. Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Şöhrət Aydın Zamanov isə ağır bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar