Xəbər lenti 
					
 
		Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə daha bir neçə dəfə zəlzələ olub.
Manevr.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Balıkesirdə baş verən güclü zəlzələdən sonra təkrar təkanların qeydə alınması davam edir. Qeyd edilir ki, son 3 saat ərzində maqnitudası 1,5-4,4 olan 45-ə yaxın yeraltı təkan qeydə alınıb.
Zəlzələlərin ən güclüsü yerli vaxtla saat 04:55-də (Bakı vaxtı ilə saat 05:55) Balıkesir şəhərinin Sındırğı ərazisində qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, bazar günü axşam saatlarında Sındırgi ərazisində 6,1 bal gücündə zəlzələ baş verib. Təbiət hadisəsi nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb, 10-a yaxın bina dağılıb.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















