
Xəbər lenti
Bakıda imkanlı xanımlarla tanış olub 170 min manata yaxın məbləği ələ keçirən şəxsə AĞIR CƏZA

36 yaşlı Xəyyam 4 nəfərə qarşı dələduzluqda ittiham olunur.
Onun külli miqdarda zərər vurduğu şəxslər də var.
İstintaq zamanı müəyyən edilib ki, Xəyyam daha əvvəl də oğurluq və dələduzluq maddələri ilə təqsirli bilinərək həbs edilib. Sonuncu dəfə 2021-ci ildə dələduzluğa görə aldığı cəza başa çataraq azadlığa buraxılıbmış.
İttihama görə, Xəyyam əvvəlcə Ləman adlı xanımla tanış olub. Onun avtomobilini lombarda girov qoyaraq 6 000 manat kredit götürüb. Həmçinin həmin xanımın 1 700 manatlıq planşetini ələ keçirib.
Sonra isə Aliyə adlı xanımla tanış olub. Özünü imkanlı, atasını isə tikinti şirkətinin sahibi olan şəxs kimi təqdim edib. Aliyə ilə tanış olaraq onunla ailə həyatı quracağını deyib. Xəyyam Aliyənin "Lexus LX-570" maşınını satmaq istədiyini bilib. Həmin avtomobili sataraq "Porsche" almaq istəyən Aliyəni aldatmaqda ittiham olunur. Aliyənin avtomobilini 60 min manata satıb. Sonra isə "Porsche" markalı avtomobilin sənədləşmə işlərinə görə 17 min manat alıb. Xəyyam daha baha qiymətə olan "Porsche"ni alaraq Aliyəyə hədiyyə edəcəyini deyib. Lakin həmin məbləği ələ keçirib.
İstintaqla müəyyən edilib ki, Xəyyam sonda tanış olduğu Aytən adlı xanıma qarşı da 17 min manatlıq dələduzluq edib. Həmin xanım tikinti şirkətlərindən birində satış direktoru işləyirmiş. Xəyyam ev almaq adı ilə həmin şirkətə gedərək Aytən adlı xanımla tanışlıq edib. Sonra onlar arasında münasibət yaranıb. Xəyyam MİDA-dan ev almaq istəyən Aytəndən 20 min manat alaraq ələ keçirib.
Zərərçəkmiş xanımların ifadələrindən məlum olub ki, Xəyyam tanışlıq zamanı özünü biznesmen kimi təqdim edib, atasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işlədiyini, anasının isə xəstəxanalardan birinin baş həkim olduğunu deyirmiş.
Elan edilmiş heç bir ittihamla özünü təqsirli bilməyən Xəyyam deyib ki, xanımlarla münasibət quran zaman onları aldatmaq fikri olmayıb. Onun sözlərinə görə, xanımların ona qarşı irəli sürdüyü ittihamlar əsassızdır.
İstintaq zamanı məlum olub ki, Xəyyam bu hadisələrdən sonra Türkiyəyə gedərək bir il orada yaşayıb. Sonra isə Azərbaycana qayıdıb. Azərbaycana qayıdandan sonra barəsində edilmiş şikayətlərlə həbs olunub.
Məhkəmənin hökmü ilə Xəyyam 8 il müddətinə azadlıqdan məhrum edilib. musavat.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar