Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

"AzParking"in əməkdaşı döyüldü

Tarix: 31-07-2025 22:16     Baxış: 336 A- / A+
"AzParking"in əməkdaşı döyüldüXətai rayonu, H.Salmani küçəsi, 1 ünvanında yerləşən mağazanın qarşısında "Azparking" MMC-nin parklanma xidmətinin İbrahim adlı bələdçisi döyülüb.
Manevr.az "Qaynarinfo" ya istinadla xəbər verir ki, hadisədə firmalardan birinin Əli adlı ekspeditoru təqsirli bilinib.
Əli həmin vaxt avtomobilini mağazanın qarşısında saxlayıb. Bələdçi buna irad bildirib. Tərəflər arasında mübahisə yaranıb və daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra bələdçi Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng edərək döyüldüyünü bildirib. Bundan sonra Əli saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesi zamanı məlum olub ki, tərəflər artıq barışıb və zərərçəkənin heç bir şikayəti yoxdur.
Məhkəmənin hökmü ilə hadisədə təqsirli bilinən ekspeditora aylıq qazancından 20 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu saxlanıldığı 2 gün müddət 1 günə 4 gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 22 gün müddətinə islah işləri cəzası saxlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar