Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda 18 yaşlı qız ailəsindən qaçdı, kirayədə qaldığı evdə sevgilisini ürəyindən bıçaqladı

Tarix: 30-07-2025 09:09     Baxış: 333 A- / A+
Bakıda ailəsindən qaçan 18 yaşlı qız kirayədə yaşadığı evdə sevgilisini öldürməyə cəhd edib.

2006-cı il təvəllüdlü Səbinə Eyvazova (soyad şərtidir) Qazax rayonundan Bakının Əhmədli qəsəbəsinə, valideynlərinin yanına gedib. Bir müddətdən sonra valideynləri onun spirtli içki qəbul etdiyini öyrənir və evdə mübahisə yaranır. Səbinə valideynləri ilə dalaşıb evdən çıxır. O, Bakıdakı mağazalardan birində satıcı işləməyə başlayır və burada Tural adlı şəxslə tanış olur. Səbinə bir neçə gün müxtəlif yerlərdə gecələsə də, sonradan kirayə ev tutmaq istəyir və buna görə Turaldan kömək istəyir. Tural onu Fərid adlı tanışı ilə görüşdürür və onun tək yaşadığını bildirir. Danışıq əsasında Fərid Səbinənin onunla qalmasına razılıq verir. Təxminən 20 gün Fəridlə bir otaqda gecələyən Səbinə onunla bir neçə dəfə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə də olur.

20 gün sonra Fərid və Səbinə evə içkili gəlir və yatırlar. Səbinə sərxoş olduğundan, yatarkən əynində olan bütün paltarlarını çıxarıb yatağa girir və yatır. Fərid də öz növbəsində yatağa uzanıb yatır.

Səhər yuxudan oyanan Səbinə əynində paltarlarının olmadığını görüb, bunu Fəridin soyundurduğunu zənn edir. O, evdə stolun üzərində olan bıçağı götürüb Fəridə ürək nahiyəsindən iki zərbə endirir. Ağrıya yuxudan oyanan Fərid bıçaqlandığını görüb dəhlizə qaçır və qonşuları köməyə çağırır. Səbinə isə paltarını geyinib hadisə yerindən qaçır.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səbinə Eyvazova saxlanılaraq istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbinə Eyvazova 11 il 3 ay azadlıqdan məhrum edilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar