Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sərmayə qoymaq üçün Bakıya gələn iş adamını SOYDULAR

Tarix: 27-07-2025 19:20     Baxış: 444 A- / A+
Səbail rayonunun Nizami küçəsində, "Torqovı" adlanan ərazidə Pakistan vətəndaşına qarşı soyğunçuluq edən 20 yaşlı qadın barəsində məhkəmə hökmü elan edilib.
Manevr.az "qaynarinfo"ya istinadla xəbər verir ki, 2005-ci ildə Yevlax şəhərində anadan olmuş Ulduza Bukaviz barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.4 (təkrar törədildikdə) və 177.2.5 (azyaşlı şəxs tərəfindən törədildikdə) maddələri üzrə açılmış cinayət işinə məhkəmədə baxılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ulduza Bukavizin azyaşlı bacıları - 12, 15 və 16 yaşlarında olan qızlar, eləcə də iki digər qohumu ilə birlikdə həmin ərazidə dilənçiliklə məşğul olublar.
Onlar "Torqovı"da gəzən üç Pakistan vətəndaşına yaxınlaşaraq pul istəyiblər. İstəkləri cavabsız qaldıqda qadınlar Jameel adlı Pakistanlı iş adamını əhatəyə alıblar. Bu zaman qızlardan üçü onun diqqətini yayındıraraq israrla pul istəməyə başlayıblar. Onlardan biri hətta əlləri ilə onun ayaqlarından tutaraq yalvarışla pul istəyib. Bu vaxt Ulduzanın 12 yaşlı bacısı Leyla Bukaviz gizlicə iş adamının cibindən 3 500 ABŞ dolları götürüb və ərazidən uzaqlaşıblar.
Əldə olunan pul Ulduza Bukavizin bacıları və qohumları arasında bölüşdürülüb.
Zərərçəkmiş şəxs, iş adamı Jameel ifadəsində bildirib ki, Pakistan İslam Respublikasının vətəndaşıdır, işləri ilə bağlı həm Pakistanda, həm də Dubayda yaşayır. Azərbaycana isə investisiya yatırmaq və iş qurmaq məqsədilə gəlib. O, hadisə ilə bağlı Ulduza Bukavizdən şikayətçi olmadığını, maddi ziyanın isə ödənildiyini qeyd edib.
Məhkəmənin hökmü ilə Ulduza Bukaviz barəsində 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Həmin müddət ərzində o, Yevlax rayonunun ərazisini tərk etməməli və elektron nəzarət qolbağı ilə nəzarətdə saxlanacaq.









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar