Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
BÜTÜN XƏBƏRLƏR

20 yaşlı qız anasını 11 yerdən bıçaqladı

Tarix: 23-07-2025 22:17     Baxış: 373 A- / A+
20 yaşlı qız anasını 11 yerdən bıçaqladıTürkiyənin Samsun şəhərində ailə içində baş verən dəhşətli hadisə ictimaiyyətdə şok təsiri yaradıb.

Hadisə İlkadım rayonunun Saitbey məhəlləsində yerləşən evdə baş verib. Belə ki, K.M. adlı 20 yaşlı qız ilə 61 yaşlı anası G.M. arasında mübahisə düşüb.

Sözlü mübahisə qısa müddətdə nəzarətdən çıxaraq fiziki zorakılığa çevrilib. Bu zaman K.M. əlindəki bıçaqla anasını 11 yerdən yaralayıb. Hadisə barədə məlumat alan polis və təcili tibbi yardım qrupları dərhal ünvana cəlb olunub.
Yaralı G.M. hadisə yerində ilkin tibbi müdaxilədən sonra xəstəxanaya aparılıb və müalicəyə alınıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayaraq K.M.-ni saxlayıb. Gənc qız ilkin ifadəsində anasını bıçaqladığını inkar etsə də, daha sonra cinayəti etiraf edib.

Polis tərəfindən aparılan araşdırmalar zamanı ana G.M., qızının psixoloji narahatlıqları olduğunu və zaman-zaman səbəbsiz yerə mübahisələr yaşadıqlarını bildirib.

Hadisə ilə bağlı istintaq davam edir. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar