Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Toyundan 3 gün sonra qızılları götürüb qaçan Hüseyn tapıldı - Qumarda 80 min manat uduzubmuş

Tarix: 22-07-2025 10:41     Baxış: 451 A- / A+

Türkiyədə yeni evlənən və toydan 3 gün sonra qızıl-zinət əşyaları ilə birlikdə qeybə çəkilən futbol məşqçisi, 34 yaşlı Hüseyn Cumhur Acar polis tərəfindən tapılaraq evinə qaytarılıb.
Yerli mətbuat xəbər verir ki, yeni evlənən Acar toydan 3 gün sonra qəfil yoxa çıxıb.
O, həyat yoldaşının iş yerinə gedərək, "Tezliklə qayıdacağam" deyib və oradan uzaqlaşıb, lakin bir daha geri dönməyib.
Acarla əlaqə saxlamaq mümkün olmadığından ailəsi polisə itkin düşmə ilə bağlı müraciət edib.
Qumar oynadığı ortaya çıxıb
Aparılan araşdırma nəticəsində məlum olub ki, Hüseyn Cumhur Acar toydan 3 gün sonra internetdə oynadığı qumar və mərc oyunları səbəbilə 2 milyon TL (təxminən 84145 AZN) borca düşüb. Xüsusilə "şəkər sürüşdürmə" oyunu və mərc saytlarına aludə olduğu iddia edilən Acarın bu maliyyə çətinlikləri və aldığı hədələrlə üzləşdiyi üçün toyda ona və həyat yoldaşına taxılan pulları və qızılları da götürərək evi tərk etdiyi müəyyən edilib.
Ailəsi evini satmağa hazır olduğunu bildirib
Hüseynin ailəsi borcun onlara problem yaratmaması üçün yoxa çıxdığını düşündüklərini, lakin onun sağ-salamat geri dönməsi üçün lazım gələrsə, evlərini satmağa hazır olduqlarını deyib.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar