Sizin Reklam Burada
Xəbər lenti
28-08-2025
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

Kürdəmirdə kütləvi zəhərlənmə: Restoran bağlandı

Tarix: 20-07-2025 13:47     Baxış: 369 A- / A+
Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib
Manevr.az report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.
Belə ki, istirahət mərkəzində təşkil olunan mərasimdə 10-dan çox qonaq qidadan zəhərlənib.
Özlərini pis hiss edən şəxslər dərhal təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.
***
Kürdəmirdə istirahət mərkəzində qidadan zəhərlənən şəxslərin adları məlum olub.
Xəstəxanaya yerləşdirilənlərin hamısı Kürdəmir rayon sakinləridir:
Ümüd İlkin oğlu Səlimli - 2010-cü il təvvəlüdlü
Firuzə Şaxtalı qızı Şirəliyeva - 1992-ci il təvvəlüdlü
Aydan Məmməd qızı Şirəliyeva - 2009-cu il təvvəlüdlü
Könül İlqar qızı Məmmədova - 1992-ci il təvvəlüdlü
Səadət Mehrab qızı Orucova - 2002-ci il təvvəlüdlü
Mübariz Ənnağı oğlu Şəmiyev - 1979-cu il təvvəlüdlü
Samirə Qara qızı Şəmiyeva - 1983-cü il təvvəlüdlü
Ramil Möhkəm oğlu Məmmədov - 1986-cı il təvvəlüdlü
Ümid Mübariz oğlu Şəmiyev - 2002-ci il təvvəlüdlü
Xatun Mübariz qızı Şəmiyeva - 2006-cı il təvvəlüdlü
Qurban Nizami oğlu Əsgərli - 2010-cu il təvvəlüdlü
Sehrayə İntiqam qızı Sultanlı - 2015-ci il təvvəlüdlü
***
Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranda qida qəbul edən daha 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.
Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar