Xəbər lenti
Atası qadına qarşı əxlaqsızlıq etdi, oğlu isə bıçaqladı - Saatlıdakı cinayətin TƏFƏRRÜATI

Hadisə rayonun Qara Nuru kəndində baş verib.
Kənd sakini Fərhad Məmmədov (soyad şərtidir) qonşuluqda olan qadına qarşı əxlaqsız hərəkətlər edib. Qadın hadisə barədə polisə məlumat verib. Polis əməkdaşları F.Məmmədovu şöbəyə dəvət edərək izahat verməsini xahiş ediblər. Bunu eşidən Fərhadın həyat yoldaşı və oğlu Ceyhun qonşuya gələrək qadından şikayəti geri götürməsini tələb ediblər. Qadın şikayəti geri götürməyib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Ceyhun üzərində gəzdirdiyi bıçaqla qadına qol nahiyəsindən xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan olunub və hakim cinayət işinə xitam verib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar