Xəbər lenti
Bakıda fərdi yaşayış evində YANĞIN
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.Bu barədə FHN-in Mətbuat xidməti bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 780kv.m. olan ikimərtəbəli mansard tipli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, həmçinin bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsi və mansard hissəsi yanıb.
Evin birinci mərtəbəsi və bitişik ev yanğından mühafizə olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























