Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Polisi dişləyən sürücü hərbi komissarlığa göndərildi - VİDEO

Tarix: 11-07-2025 11:23     Baxış: 444 A- / A+


Polisi dişləyən sürücü hərbi komissarlığa göndərildi - VİDEO
Kiyevdə axtarışda olan sürücü polisin qolunu dişləyib.
Ukrayna mediası bildirir ki, yayılan kadrlarda patrul əməkdaşlarının BMW sürücüsünün hərbi qeydiyyat sənədlərini yoxlamağa çalışdıqları görünür. Lakin sürücü Ali Məhkəmənin qərarına" istinad edərək, buna qəti şəkildə etirazını bildirir  və vəkilinə zəng etməyə icazə istəyir. Polis əməkdaşı isə ona zəngi maşından çıxdıqdan sonra etməyi təklif edir. Müfəttişlərdən biri avtomobilin qapısını içəridən açmağa çalışarkən qarşıdurma başlayır. Sürücü patrul polisinin əlini dişləyir, polis isə buna cavab olaraq onun saçından tutur.
Kiyev Patrul Polisi hadisənin əslində iyunun 25-də paytaxtın Darnitsa rayonunda baş verdiyini bildirib. Rəsmi məlumata görə, sürücü yol hərəkəti qaydalarını pozaraq qırmızı işıqda keçib, həmçinin onun BMW markalı avtomobilinin dövlət nömrə nişanı qismən örtülü olub.
Yoxlama zamanı məlum olub ki, kişi Ukraynanın İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən hərbi xidmətdən yayınma ittihamı ilə Hərbi Qeydiyyat və Çağırış İdarəsi tərəfindən axtarışdadır.
“Onun axtarışda olduğu bildirildikdən sonra vətəndaş aqressiv davranmağa başlayıb, nalayiq ifadələr işlədib və fiziki müqavimət göstərib, o cümlədən inspektoru dişləyib”, – deyə polis açıqlama verib.
Hüquq-mühafizə orqanları həmin şəxsə qarşı fiziki güc tətbiq edərək onu saxlayıblar. Saxlanılan şəxs barəsində inzibati materiallar tərtib olunub, o cümlədən:
– saxlanılma protokolu;
– Ukrayna İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsi üzrə protokol (polis əməkdaşına qəsdən tabe olmamaq);
– Məcəllənin 121-3-cü maddəsinin 1-ci hissəsi üzrə qərar (nömrə nişanının örtülü olması).
Bundan sonra sürücü Darnitsa Rayon Hərbi Qeydiyyat və Çağırış Mərkəzinə (hərbi komissarlığa) təhvil verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar