Xəbər lenti
Sürücülük vəsiqəsi almaq istəyən sevgilisini öldürüb meyitini basdırdı
Rusiyanın İrkutsk vilayətində 20 yaşlı abituriyentin basdırılmış cəsədi tapılıb. Məlumata görə, qız texnikuma sənədlərini vermək üçün gedib və yoxa çıxıb. Qətldə əsas şübhəli onun sevgilisidir.Qız iki gün əvvəl İqtisadiyyat və Hüquq Kollecinə qəbul olmaq üçün Pervomayskoye kəndindən İrkutska yola düşüb. Bir müddət sonra o, əlaqə saxlamağı dayandırıb. Ailəsi onun 22 yaşlı sevgilisinin qonşu kənddə yaşadığı evə gedərək, oradan qızlarının əşyalarını və telefonunu tapıblar. Onlar dərhal polisə müraciət ediblər.
Məmurlar qızın sevgilisinin evinin yaxınlığında "təzə dəfn izlərini" görüblər.
İlkin məlumata görə, texnikuma səfərdən bir gün əvvəl qız onun sürücülük vəsiqəsi üçün oxumasına qarşı çıxan sevgilisi ilə dava edib. Son vaxtlar gənclər tez-tez mübahisə edirmişlər.
Oğlan hazırda axtarılır. Faktla bağlı "Qətl" maddəsi ilə cinayət işi açılıb. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























