Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

“4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir...” -VİDEO

Tarix: 09-07-2025 11:51     Baxış: 378 A- / A+
“4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir...” -VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Ağstafanın Qırılı kəndində 24 yaşlı Şəfayət İsmayılova evin pəncərələrini silərkən yıxılıb və həyatını itirib.
Manevr.az xəbər verir ki, Baku TV hadisənin təfərrüatını öyrənib.
Mərhumun qohumu Tahir Tanrıquliyevin sözlərinə görə, bu, ailədə 5-ci ölümdür: "Bu evdən son bir ildə 5-ci ölüdür, hamısı da təsadüfən ayın 8-i baş verib. Deyilənə görə, nərdivanı qoyub pəncərələri silirmiş. Nərdivan düşüb üstünə, beyin nahiyəsinə dəyib. İlk hadisə ötən il avqustun 8-i olub. Uşağın 1-2 yaşı olardı. Sonra da qayınana-qayınata rəhmətə getdi, bundan sonra isə daha bir körpə həyatını itirdi, indi də belə...” 
Mərhumun əmisi Asif Cəfərov isə bildirib ki, hadisəni öyrənən zaman dərhal ora gedib: "Getdim, dedilər ki, nərdivandan düşüb. Ancaq mən gördüm, nərdivandan yıxılan elə olmur, mənə şübhəli gəldi. Nərdivan böyük deyildi, yerdə qan görmədim. Deyə bilmərəm ki, öldürüblər, ancaq gözümlə gördüyüm budur. Ümumiyyətlə o evə gedib-gəlməyə qoymurdular, uşaq rəhmətə gedəndə qapıdan qovmuşdular. Orada qızların dediyinə görə, Şəfayət 4-5 gün bundan əvvəl gəlmək istəyirmiş. Elə başa düşürəm ki, aralarında mübahisə olub”.
Daha ətraflı videomaterialda:

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar