Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Qusarda qadın qonşu kişi ilə birləşib ərini döyüb öldürdü

Tarix: 07-07-2025 21:59     Baxış: 3101 A- / A+
Qusarda qadın qonşu kişi ilə birləşib ərini döyüb öldürdüQusarda qadın qonşu kişi ilə birləşib ərini öldürüb.

Hadisə rayonun Quxuroba kəndində baş verib.

Kənd sakini Ramazan Mamalıyev içkili vəziyyətdə evinə gələrək, stolun üstündə olan boşqabları yerə vuraraq qırıb. R.Mamalıyevin həyat yoldaşı Mirvari Mamalıyeva buna etiraz edərkən əri onu döyüb. Hadisədən əsəbiləşən M.Mamalıyeva həyətdən götürdüyü çomaqla həyat yoldaşını döyməyə başlayıb. Həyat yoldaşının ona müqavimət göstərdiyini görən qadın qonşu Namiq Xəlilovu köməyə çağırıb. Hər iki şəxs birləşərək R.Mamalıyevi möhkəm döyüb evin ikinci mərtəbəsinə çıxarıb yataq otağına atıblar. R.Mamalıyev zərbələrin təsirindən huşunu itirsə də, nə həyat yoldaşı, nə də qonşu təcili tibbi yardım çağırıblar. Nəticədə R.Mamalıyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs məsuliyyətə cəlb edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirvari Mamalıyeva 9, Namiq Xəlilov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar