Xəbər lenti 
					
 
		Qusarda qadın qonşu kişi ilə birləşib ərini döyüb öldürdü
 Qusarda qadın qonşu kişi ilə birləşib ərini öldürüb.
Qusarda qadın qonşu kişi ilə birləşib ərini öldürüb.Hadisə rayonun Quxuroba kəndində baş verib.
Kənd sakini Ramazan Mamalıyev içkili vəziyyətdə evinə gələrək, stolun üstündə olan boşqabları yerə vuraraq qırıb. R.Mamalıyevin həyat yoldaşı Mirvari Mamalıyeva buna etiraz edərkən əri onu döyüb. Hadisədən əsəbiləşən M.Mamalıyeva həyətdən götürdüyü çomaqla həyat yoldaşını döyməyə başlayıb. Həyat yoldaşının ona müqavimət göstərdiyini görən qadın qonşu Namiq Xəlilovu köməyə çağırıb. Hər iki şəxs birləşərək R.Mamalıyevi möhkəm döyüb evin ikinci mərtəbəsinə çıxarıb yataq otağına atıblar. R.Mamalıyev zərbələrin təsirindən huşunu itirsə də, nə həyat yoldaşı, nə də qonşu təcili tibbi yardım çağırıblar. Nəticədə R.Mamalıyev aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs məsuliyyətə cəlb edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirvari Mamalıyeva 9, Namiq Xəlilov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər. oxu.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















