Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Vətən müharibəsi iştirakçısı “tükdönmə” əməliyyatından sonra öldü

Tarix: 07-07-2025 13:57     Baxış: 456 A- / A+
26 yaşlı gənc “tükdönmə” əməliyyatından sonra öldü

Ucar sakini Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov 81 gün komada qaldıqdan sonra vəfat edib.

 

Manevr.az xəbər verir ki, mərhumun yaxınları məsələ ilə bağlı "Xəzər TV"yə danışıblar. Onların bildirdiyinə görə, S.Hüseynov estetik xarakterli "tükdönmə" əməliyyatına hazırlaşdığı zaman ona verilən narkozdan sonra komaya düşüb və reanimasiya şöbəsinə yerləşdirilib.

 

Yaxınlarının iddiasına görə, əməliyyatı Cavanşir adlı həkim icra edib. Əməliyyat sonrası gəncin yaxınları bir neçə saat ərzində məlumat ala bilməyib. Daha sonra onun komada olduğu bildirilib. Həkim tərəfindən vəziyyətin qısa zamanda stabilləşəcəyi deyilsə də, xəstə koma vəziyyətindən ayılmayıb.

 

Sübhan Hüseynovun yaxınları onun bu cür sadə tibbi prosedurdan sonra vəfat etməsini qəbuledilməz sayaraq məsələ ilə bağlı hüquqi araşdırma tələb edirlər.

 

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 26 yaşlı Sübhan Hüseynov aprelin 14-də pilonidal kista diaqnozu ilə əməliyyat üçün Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə müraciət edib:

 

 "Xəstə müayinə olunub, onun əməliyyat və anesteziyası üçün əks göstəriş aşkarlanmayıb. Əməliyyat zamanı pasiyent ümumi endotraxeal narkoz altında intubasiya olduqdan sonra tənəffüs göstəriciləri itib. Nəbz qeydə alınmayıb, bu səbəbdən dərhal reanimasiya tədbirlərinə başlanılıb. Süni medikamentoz müalicə fonunda reanimasiya tədbirləri davam etdirilib. Mərkəzi damarlar üzərində nəbz bərpa olunub. Hemodinamik göstəricilər kardiomonitorda stabilləşib. Xəstənin vəziyyətinin ağır olması nəzərə alınaraq əməliyyatın icrası təxirə salınıb. Xəstə aprelin 17-dək Ucar Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alıb. Və həmin tarixdə xəstənin valideynlərinin təkidi və tələbi ilə xəstə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə köçürülüb".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar