
Xəbər lenti
Sumqayıtda damdan yıxılan usta 20 gün sonra xəstəxanada vəfat edib

Hadisə 20 gün əvvəl Novxanı bağlarında yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
Təmir işləri ilə məşğul olan 1981-ci il təvəllüdlü Vüsal Quliyev evin damından yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, o, bu gün xəstəxanada vəfat edib.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, iyunun 10-da saat 17:25 radələrində Sumqayıt Tibb Mərkəzinin strukturuna daxil olan 2 nömrəli Şəhər Xəstəxanasına 1981-ci il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Boyun fəqərələrinin çoxsaylı sınıqları, müştərək travma, onurğa beyinin ağır dərəcəli əzilməsi diaqnozları təyin edilən şəxs ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi xidmətlər göstərilən pasiyent cərrahi əməliyyat olunub. Klinik-diaqnostik müalicə prosesinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq bu gün şəxsin ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar