Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Boğaz əməliyyatı olan 16 yaşlı qızın ölüm səbəbi açıqlanıb

Tarix: 28-06-2025 17:45     Baxış: 388 A- / A+
Qəbələdə əməliyyat olunan 16 yaşlı qız xəstəxanada ölüb.
Manevr.az apa-ya istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, Qəbələ rayon sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova xəstəxanaya müraciət edib. Həkimlərin müayinəsindən sonra ona boğaz ətinin əməliyyat olunması məsləhət görülüb və o, əməliyyat olunub.
Yeniyetmə qız əməliyyatdan üç gün sonra xəstəxanada ölüb. Ailənin yaxın çevrəsi onun həkim səhlənkarlığından öldüyünü bildirib. İlkin olaraq meyit araşdırma aparılması üçün morqa təhvil verilib, sonra ailəsinə verilərək dəfn olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
TƏBİB-dən isə bildirilib ki, iyunun 23-də Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 2009-cu il təvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub.
Əməliyyatdan sonra xəstə tam ayılmış və adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və zəruri tibbi yardımlar göstərilib.
İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:35 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar