Xəbər lenti
Əsgərin 40 dərəcə hərarəti olubmuş... - Ölümü ilə bağlı həbs edilən var
Gizir Rüstəm Mustafayev 40 dərəcədən yuxarı hərarətlə tibb məntəqəsinə müraciət edən əsgəri lazımi qaydada müayinə etməyib və onu ixtisaslaşmış tibb müəssisəsinə göndərməyib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əsgərin ağır vəziyyətdə olduğunu bildiyi halda ona müxtəlif vitamin preparatlarını venadaxili yeridib. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib, qısa müddət sonra vəfat edib.
Mustafayev Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə mühakimə edilib.
Mərhum əsgərin atası məhkəmədə ifadə verərək R.Mustafayevdən şikayətçi olduğunu, onun laqeydliyi ucbatından oğlunu itirdiyini deyib. Hüquqi varis təqsirləndirilən şəxsin qanunauyğun cəzalandırılmasını istəyib.
Müttəhim də ittihamla razılaşıb, özünü tam təqsirli bilib. Gizir Mustafayev deyib ki, Naxçıvan Tibb Kollecini bitirib. Məzun olduqdan sonra hərbi hissədə işə başlayıb. Bu hadisə vaxtı o, hərbi-hissənin tibb məntəqəsinin rəisi, feldşer işləyib. Hazırda isə yalnız feldşer kimi xidmət edir. Təqsirləndirilən şəxs əsgərin ölümündə günahkar olduğunu etitaf edərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar