Xəbər lenti
Tanınmış iş adamı həlak oldu, həyat yoldaşı ağır yaralandı

Türk mediası xəbər verir ki, avtomobilin divara çırpılaraq aşması nəticəsində zeytinyağı ticarəti ilə məşğul olan iş adamı Murat Ustalı (36) hadisə yerində həyatını itirib, həyat yoldaşı Naz Ustalı (33) isə ağır yaralanıb.
Qəza iyunun 23-nə keçən gecə saat 01:30 radələrində Ayvalıkın Cunda adasında yerləşən Mithatpaşa məhəlləsinin 15 Sentyabr küçəsində baş verib. Sürücüsü hələ müəyyən olunmayan nəqliyyat vasitəsi idarəetməni itirərək əvvəlcə bir evin, ardınca isə başqa bir binanın divarına çırpılıb aşıb.
Əraziyə dərhal yanğınsöndürmə, təcili tibbi yardım və polis qrupları cəlb olunub. Avtomobildə sıxışıb qalan Murat Ustalı yanğınsöndürənlər tərəfindən çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Ağır yaralanan Naz Ustalı əvvəlcə Ayvalık Dövlət Xəstəxanasına, daha sonra isə Balıkesir Atatürk Şəhər Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır. sonxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar