Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

DTX-nin həbs etdiyi şəxs məhkəmədə bu sirrləri açdı

Tarix: 18-06-2025 15:14     Baxış: 370 A- / A+
DTX-nin həbs etdiyi şəxs məhkəmədə bu sirrləri açdı
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işinin məhkəmə prosesi keçirilib.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elçin Əzizov sərbəst ifadə verib.
Təqsirləndirilən əvvəllər dörd ay Suriya Ərəb Respublikasında yaşayaraq müxtəlif yardım qruplarında iştirak etdiyini deyib:
"Mən Suriyada olduğum üçün oradakı vəziyyəti çox yaxşı bilirdim. Azərbaycana gəldikdən sonra İdlib şəhərinə Elşənin vasitəçiliyi ilə pul göndərirdim. Yardımın oraya çatması və paylanması ilə bağlı Elşən mənə oradan şəkil, videolar göndərirdi. Mən də onları yardıma dəstək verən şəxslərə göndərirdim ki, pullarının hara getdiyini görsünlər. Təxminən 10-15 dəfə yardım etmişəm. Yardımlarım 2023-cü ilin avqust ayından 2024-cü ilin oktyabr ayına kimi davam edib".
Elçin Əzizov Xəqani Ömərovu əvvəllər tanımadığını və ilk dəfə istintaq zamanı gördüyünü bildirib. Eyni zamanda, Anar Salamzadəni də bu işlə əlaqədar tanımadığını vurğulayıb.

Növbəti proses avqustun 12-də keçiriləcək.
Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.oxu.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar