Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Güclü külək Zaqatala və Balakəndə fəsadlara səbəb oldu

Tarix: 15-06-2025 12:12     Baxış: 442 A- / A+



Güclü külək Zaqatala və Balakəndə elektrik enerjisinin verilməsində fasiləyə səbəb olub.
Manevr.az apa-ya istinadən xəbər verir ki, qeyri-sabit hava şəraiti bölgənin Zaqatala və Balakən rayonlarında daha çox müşahidə olunub.
İyunun 14-ü axşam saat 22 radələrindən başlayaraq Zaqatala və Balakən rayonları ərazisində güclü külək əsib, leysan yağışları yağıb. Güclü külək hər iki rayonunda bəzi ərazilərdə ağacların budaqlarının qırılmasına səbəb olub, elektrik, rabitə xətlərində qırılmalar və qısaqapanlmalar baş verib. Bu səbəbdən ötən gün axşam saatlarından Zaqatala və Balakən rayonları ərazisinin 80 faiz ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Dağlıq ərazilərə yağan leysan yağışları səbəbindən Tala, Katex, Balakən və digər dağ çaylarında suyun səviyyəsi xeyli artıb.
Gecə saatlarından Zaqatala və Balakən rayonlarının Paşlayıcı Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə ezam olunub, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparıblar. Səhər saatlarına əksər ərazilərdə baş vermiş qəzalar aradan qaldırılıb, elektrik enerjisinin verilməsi bərpa edilib. Hazırda hər iki rayonun Paylayıcı Elektrik Şəbəkəsinin əmakdaşları qəzaların tam aradan qaldırılması istiqamətində təmir işlərini davam etdirirlər.
Hazırda Zaqatala və Balakən rayonları ərazisində qeyr-sabit hava şəraiti davam edir, fasilələrlə yağış yağır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar