Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var

Tarix: 14-06-2025 20:41     Baxış: 3287 A- / A+
Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var.
Manevr.az apa-ya istinadən xəbər verir ki, hadisə iyunun 14-də saat 18 radələrində Şəki şəhərinin Bağbanlar küçəsində qeydə alınıb. Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü İlqar Vahid oğlu Hacıyevin idarə etdiyi “ZİL” markalı yük avtomobili idarəetməni itirərək aşıb.
Qəza zamanı avtomobilin kabinəsində olan sərnişin - 1968-ci il təvəllüdlü Rizvan Fikrət oğlu Cəlilov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb. Digər sərnişin, 1967-ci il təvəllüdlü Qüdrət Nemət oğlu Alxasov isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Hadisə zamanı hər iki sərnişin kabinədə sıxılmış vəziyyətdə qaldığından, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon hissəsinin xilasediciləri cəlb olunub. Onların müdaxiləsi nəticəsində Rizvan Cəlilovun meyiti və yaralı Qüdrət Alxasov avtomobildən çıxarılaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadasına təhvil verilib.
Qəza nəticəsində sürücü İlqar Hacıyev də müxtəlif dərəcəli xəsarətlər alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar