Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Məşhur futbolçu Dubayda HƏBS EDİLDİ - İki cinayət törədib

Tarix: 12-06-2025 22:32     Baxış: 3101 A- / A+
Dubay polisi futbolçu Quincy Promesi evində həbs edib.

Bu barədə "De Telegraaf" məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılma idmançının Niderlanda ekstradisiyası tələbi ilə bağlıdır.

Promes Dubaydakı istintaq təcridxanasına yerləşdirilib. Futbolçu Kral Hərbi Polisinin nəzarəti altında Niderlanda aparıla bilər və o, 7 il yarım cəza çəkməli olacaq.

Promesin Rusiya "Spartak"ı ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatıb. Klub onunla əmək müqaviləsini yeniləməyib. Sentyabrın 5-də Promes rəsmi olaraq BƏƏ İkinci Liqasında çıxış edən Dubay Yunaytedin oyunçusu olub.

14 fevral 2024-cü ildə Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. Məhkəmə yanvarın 24-də keçirilib və prokurorluq Promes üçün 9 il həbs istəyib. Fevralın 16-da niderlandlı beynəlxalq axtarışa verilib. O, həmçinin ailə məclisi zamanı əmisi oğluna bıçaqla hücum etdiyi üçün 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Promes əvvəllər İslamı qəbul edib. publika.az

Manevr.az

 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar