Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"İntihar edəcəyəm" deyə xəbər verdi, sonra balkondan tullanmağa cəhd etdi

Tarix: 12-06-2025 21:37     Baxış: 455 A- / A+
"İntihar edəcəyəm" deyə xəbər verdi, sonra balkondan tullanmağa cəhd etdi - VİDEOTürkiyənin Burdur şəhərində dramatik bir hadisə yaşanıb.

Türk mediası xəbər verir ki, 112 Təcili Zəng Mərkəzinə daxil olan məlumata görə, Menderes prospektində yerləşən bir evdə yaşayan qadının iki qızı ilə birlikdə təbii qazı açaraq intihar edəcəyi bildirilib.

Dərhal hadisə yerinə polis, təcili tibbi yardım və təbii qaz xidmətinin əməkdaşları göndərilib. Qapı açılaraq mənzilə daxil olunan kimi qaz vanası bağlanıb və təhlükə aradan qaldırılıb.

Evdə olan A.K. isə verdiyi açıqlamada intihar xəbərdarlığını özünün etmədiyini və əməkdaşların icazəsiz şəkildə evinə daxil olduqlarını iddia edərək etiraz edib. Lakin təcili zəng edilən nömrə geri yığıldıqda, zəngin məhz A.K.-ya məxsus telefondan edildiyi təsdiqlənib.

Qruplar hadisə yerindən ayrılmaq üzrə olarkən, A.K. qəfil balkona çıxaraq özünü aşağı atmağa cəhd edib. "Qızlarım var, məni xilas edin" deyə fəryad edən qadın, müdaxilə edən polis və sağlamlıq əməkdaşları tərəfindən son anda xilas edilib.

A.K. hadisə yerində təcili tibbi yardıma təhvil verilərək xərəkdə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırma başlanılıb. sonxeber.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar