Xəbər lenti
Tanınmış şair ağacdan yıxıldı, sümükləri sındı - Foto
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Tahir Ələkbərli iyunun 7-də - bayram günü tut yığarkən ağacdan yıxılıb. Nəticədə onun bədənində 10 sümüyü sınıb.Manevr.az xəbər verir ki, hazırda səhhəti stabil olan şair Teleqraf-a açıqlamasında hadisənin necə baş verdiyi barədə danışıb.
“Bayram günü səhər saat 7 radələrində tut yığmaq üçün evin yaxınlığındakı ağaca çıxmışdım. Əvvəldən idmanla məşğul olanam, özümə güvənənəm. Hər il o tutdan yığıram, dostlarla birlikdə yeyirik. Bu dəfə dostlarla bir süfrədə oturmuşduq, tut yığmaq üçün ağaca çıxdım, budaq sındı, nəticədə budaq qarışıq yerə dəydim. Çanaqda 9 sınıq, qabırğada isə 1 sınıq oldu. Qızıma zəng etdim, məni Kliniki Tibbi Mərkəzinin Travmatologiya şöbəsinə yerləşdirdilər. Həkimlər əllərindən gələn köməkliyi etdilər. 3 gün orada qaldım, hazırda evdəyəm. Sağalmaq üçün 2 ay yataq şəraitində olmalıyam”, - deyə o əlavə edib
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























