Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda polisə qumbara atan cinayətkar öldü

Tarix: 12-06-2025 16:36     Baxış: 3133 A- / A+

Azərbaycanda polisə qumbara atan cinayətkar öldü
Azərbaycanda polisə qumbara atan cinayətkar həbsdə ölüb.
Hadisə Bakıdakı həbsxanalardan birində qeydə alınıb.
Orada saxlanılan məhkum, 56 yaşlı Kazımov Zakir Əhməd oğlu dünyasını dəyişib.
Onun xəstəlik səbəbilə öldüyü bildirilir.
Zakir Kazımov kimdir?
Qeyd edək ki, Zakir Kazımov 2017-ci ildə İsmayıllı bazarında partlayış törədib. 
Belə ki, Zakir Kazımovun bazar ərazisində insanlara qumbara ilə hədə-qorxu gəlməsi barədə polisə məlum daxil olub. Polis əraziyə gələrək onu zərərsizləşdirmək istəyib. Lakin bu zaman o, polisdən qaçıb çayxanaya daxil olaraq, əlindəki qumbaranı polisin və insanların üzərinə atıb. Partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
Z. Kazımov polis tərəfindən zərərsizləşdirilərək həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.
2018-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir Kazımov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar