Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
01-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış aktyor aeroportda saxlanıldı - FOTO

Tarix: 09-06-2025 10:17     Baxış: 389 A- / A+



Məşhur aktyor Benisio Del Toro Boston hava limanında saxlanılıb.
Manevr.az xəbər verir ki, bu hadisədən aktyor "The Tonight Show with Seth Meyers" verilişində danışıb.
Del Toronun başına gələnlərə səbəb onun yazdığı "Finikiya sxemi" adlı casus komediyasının ssenarisi olub.
"O gün Bostondan Los-Ancelesə uçurdum. Notbukumu əl yükündən çıxarmağı unutmuşdum. Təhlükəsizlik xidməti çantamı yoxlamaq qərarına gəldi və içərisində ssenarinin bir nüsxəsini tapdılar. Mətni oxumaq rahat olsun deyə bütün başlıqları BÖYÜK HƏRFLƏRLƏ yazmışdım. Bu isə diqqət çəkdi - Birinci səhnə: Təyyarə kabini. Bomba. İkinci: Göyərtə. Pilot atılır. Üçüncü: Qəza", - deyə Oskar laureatı xatırlayıb.
Aktyor dərhal bunun sadəcə film üçün yazılmış bir ssenari olduğunu izah etməyə çalışıb.
Daha sonra o, məmur tərəfindən buraxıldığını bildirib:
"Yəqin məni 'Sicario' və ya 'Traffic' filmlərindən tanıdı - ssenarini vərəqlədi və nəticədə məni buraxdılar", - Del Toro əlavə edib.
58 yaşlı aktyor bu insidentə görə narahat olmadığını bildirib. Əksinə, o, hava limanı əməkdaşlarının diqqətinə heyran qaldığını vurğulayıb. Sözügedən film isə mayın 30-da bütün dünyada nümayiş olunub. Ekran əsəri Avropanın ən varlı şəxslərindən birinin çətin münasibətlərindən bəhs edir və hekayə təyyarə qəzası ilə başlayır.milli.az


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar