Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
01-10-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentliyinə namizəd çıxışı zamanı güllələndi

Tarix: 08-06-2025 22:34     Baxış: 4108 A- / A+

Kolumbiyalı senator və gələn il keçiriləcək prezident seçkilərində namizəd olması gözlənilən Miguel Uribe, paytaxt Boqotada keçirilən seçki kampaniyası tədbiri zamanı güllələnib.
Xarici mətbuat xəbər verir ki, Uribe ilkin cərrahi əməliyyatdan sağ çıxıb, lakin vəziyyəti kritik olaraq qalır.
Merin sözlərinə görə, 39 yaşlı siyasətçi "ilk cərrahi müdaxiləni adlayıb" və "bərpa prosesinin kritik saatlarına" daxil olub.
Uribenin yerləşdirildiyi Santa Fe Fondu Xəstəxanası bazar günü yaydığı açıqlamada bildirib ki, o, baş və sol bud nahiyəsindən əməliyyat olunub, hazırda isə reanimasiya şöbəsində müalicə alır və vəziyyəti stabilləşdirmək üçün həkimlərin nəzarətindədir.
Hadisə 7 iyun şənbə günü baş verib. Uribe 2026-cı il prezident seçkiləri kampaniyası çərçivəsində çıxış etdiyi tədbirdə silahlı şəxslər tərəfindən arxadan vurulub. Onun həyat yoldaşı Maria Klaudia Tarazona sosial şəbəkədə (X) bildirib ki, Uribe "həyat uğrunda mübarizə aparır."
Uribe, sabiq prezident Alvaro Uribe tərəfindən yaradılmış müxalif mühafizəkar "Demokratik Mərkəz" partiyasının üzvüdür. Adlarının eyni olmasına baxmayaraq, onların hər hansı qohumluğu yoxdur.
Kolumbiyanın Baş Prokurorluğu hücumla bağlı araşdırmaya başladığını bildirib. Rəsmi məlumata görə, hücum zamanı senator iki güllə yarası alıb və iki nəfər də yaralanıb. Hadisə yerində silahla yaxalanan 15 yaşlı yeniyetmə həbs olunub.
Hökumət bu cinayət işində məlumat verəcək şəxslərə 730 min dollar mükafat təklif edib.
Kolumbiya Prezidentliyi məsələ ilə bağlı açıqlama verərək, hücumun qəti şəkildə pisləndiyini və geniş miqyaslı araşdırma aparılacağını bəyan edib.milli.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar