Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
02-08-2025
BÜTÜN XƏBƏRLƏR

Nazirlik əməkdaşı iş başında faciəli şəkildə öldü

Tarix: 05-06-2025 11:51     Baxış: 361 A- / A+
Nazirlik əməkdaşı iş başında faciəli şəkildə öldü
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı anbar soyuducusunun müayinəsi zamanı faciəli şəkildə ölüb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Biləsuvar rayonunun Arazbarı kəndi ərazisindəki saxlama kamerasında baş verib.
FHN-in "Azərdövlətsənayelayihə" Dövlət layihə institutunun əməkdaşları kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan soyuducu kamerada müayinə-yoxlama tədbirləri həyata keçirib.
Yoxlama zamanı saxlama kamerasının tavan atmalarını müayinə etmək lazım olub. Əməkdaşların xahişi ilə orada işləyən Yusif adlı şəxsdən xahiş ediblər ki, anbardakı avtokarı idarə etməklə mütəxəssisi anbarın tavanı istiqamətində qaldırsın. Yusif adlı şəxs onların xahişini yerinə yetirməyə razılaşıb və avtokarı işə salıb. FHN-in mütəxəssisi Fövzi Quliyev avtokarın çəngəlvari hissəsinə çıxıb və sürücüdən onu yuxarı qaldırmağı xahiş edib.
Avtokar sürücüsü mütəxəssis olan çəngəli müayinə yeşikləri ilə birlikdə F.Quliyevi anbarın tavan hissəsinə qaldırarkən yeşiklərdən biri aşıb və nəticədə mütəxəssis yüksəklikdən yıxılıb ölüb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə sürücü iki il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, FHN mütəxəssisi F.Quliyev həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tədriş işləri üzrə dekan müavini olub.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar