Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Göygöldə qadın müəllimlər avtobusda saçyolduya çıxdılar

Tarix: 29-05-2025 10:47     Baxış: 4102 A- / A+

Göygöl rayonunda qadın müəllimlər dalaşıblar.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndinə sərnişin daşıyan marşrut avtobusunda baş verib.
Qızılca kənd orta məktəbinin müəllimi işləyən Səbinə Quliyeva (soyad şərtidir) vəzifəsindən azad edilir. Hadisədən bir müddət sonra o, kənd marşrutunda keçmiş həmkarı Tacirə ilə rastlaşır və onu işdən çıxmasına Tacirənin səbəb olduğunu deyir. Avtobusda müəllimlər arasında mübahisə davaya çevrilir və onlar saçyolduya çıxırlar. Hadisə nəticəsində Səbinə Tacirəni saçından tutaraq avtobusda sürüyür.
Sürücü hadisəyə müdaxilə edərək onları ayırsa da, müəllimlər küçədə yenidən davaya başlayırlar. Hadisə nəticəsində Tacirə müxtəlif bədən xəsarətləri alır.
Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilir.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə S.Quliyeva Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar