Xəbər lenti 
					
 
		Araq pulu üçün 70 yaşlı atasını döymüşdü- Ağır cəza aldı

Kürdəmir rayonu Karrar kəndində atasını döyən, əmisinin evindən oğurluq edən 1981-ci il təvəllüdlü Rüzgara ağır cəza verilib.
Manevr.az xəbər verir ki, 44 yaşlı Rüzgar içki aludəçisi olub, həm də narkotik istifadə edirmiş. Heç yerdə işləməyən Rüzgar pula görə atası ilə tez-tez mübahisə edirmiş.
Sonuncu dəfə də araq almaq üçün atasından pul istəyib. Atası isə pulu olsa da Rüzgara verməkdən imtina edib. Mübahisə zamanı Rüzgar rezin şlanqla atasını döyüb. Atası Rüzgarın bu hərəkəti barədə polisə məlumat verib.
Rüzgar atasını döyəndən sonra qonşuluqda yaşayan əmisinin evindən də oğurluq edib. O, əmisinin həyətindən soyuducu, su mühərriki və bir neçə metal əşyaları oğurlayaraq satıb.Saxlanılan zamanı Rüzgarın üzərindən şəxsi istifadə miqdarında narkotik vasitə də aşkar edilərək götürülüb.
Rüzgar törətdiyi əməllərdə özünü təqsirli bilib və peşman olduğunu deyib. Məhkəmə araşdırması zamanı atası və əmisi Rüzgardan şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə Rüzgar 3 il azadlıqdan məhrum edilib.musavat.com
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















