Xəbər lenti 
					
 
		Cavanşir Qurbanov vəfat etdi
 Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.
Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.Manevr.az teleqraf-a istinadən xəbər verir ki, tanınmış idman xadimi 78 yaşında dünyasını dəyişib.
Cavanşir Qurbanov 1968-ci ildən idman sahəsində çalışmağa başlayıb.
O, 1972–1992-ci illərdə Bakı şəhəri Xalq Maarifi şöbəsinin Uşaq-Gənclər Güləş İdman Məktəbinin direktoru olub.
1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995–2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006 - 2017-ci ildə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.
Cavanşir Qurbanov Əməkdar bədən tərbiyəsi və idman xadimi, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi, Yasamal Rayon Ağsaqqalar Şurasının sədri olub.
Allah rəhmət eləsin!
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















