Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Elgün anasına hara getdiyini yazıbmış

Tarix: 21-05-2025 11:14     Baxış: 494 A- / A+

"Hadisə baş verən günü Elgünlə mesajlaşmışıq. İnformatika hazırlığında idi. Orada olanda da yazışmışıq. Hazırlıqdan çıxandan sonra da danışdıq. Dedi, ana, çıxdım, gedirəm rəqsə. Dedim evə get, yemək ye. Ac olmadığını, piyada getdiyini söylədi".
Manevr.az milli.az-a istinadla xəbər verir ki, bu sözləri mayın 12-si axşam saatlarında Gəncədə yaralı halda tapılan və xəstəxanada vəfat edən 18 yaşlı Elgün İbrahimovun anası RTV-yə açıqlamasında deyib.
O bildirib ki, Elgün rəqsdən sonra trenajora getməli imiş: "Saat 6-7-yə qalmışa qədər gözlədim, zəng vurdum, zəng çatmadı. Narahat oldum. İnformatika müəlliminə zəng vurdum ki, hazırlıqda birlikdə çıxdığı uşaqların nömrəsini götürüm. Qardaşıma, digər oğluma da zəng vurdum ki, gedin ətraf ərazilərə baxın, bəlkə, Elgünü hardasa görərsiniz. Gecə saat 1-də də oğlumla Elgünü axtarmışıq.
Elgünün davranışlarında da heç bir dəyişiklik yox idi. Biz söhbət edirdik, "Son zəng"ə hazırlaşırdıq. Demişdi ki, mənə 2 dəst paltar alarsan "Son zəng" üçün. Danışırdıq ki, ona qonaqlıq verəcəyəm. Dostlarından da kimi istəsən, çağırarsan. Hərəkətlərində qeyri-adi heç nə yox idi. Nə fikirli, nə aqressiv, nə də problemli idi. Hər şey normal idi. Mən anayam, onun səsində hansısa həyəcan hiss edə bilərdim, amma o da yox idi. Yad adamın belə problemini, dərdini hiss eləmək olur. Onsuz da mən narahat ana idim. Hər gün, bəlkə də, 10 dəfə, 20 dəfə zəng vururdum Elgünə. Bir şey olsa, mən onu hiss edərdim. Dünya susmasın, mənim balamın qanı yerdə qalmasın..."



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar