Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Şəhid polkovnik-leytenantın ailəsində ağır faciə baş verdi - FOTO

Tarix: 11-05-2025 21:08     Baxış: 3173 A- / A+
   
          

Şəhid polkovnik-leytenant, Ağır Artilleriya Briqadasının qərargah rəisi Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.
Manevr.az-ın musavat.com-a istinadla məlumatına görə, Səlbi Cəfərlinin ölümünə səbəb kəskin böyrək çatışmazlığı olub.
Həkimlər 13 yaşlı şəhid övladının həyatını xilas edə bilməyib.

Qeyd edək ki, Zaur Hüseyn oğlu Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə dünyaya göz açıb
Polkovnik-leytenant 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək qəhrəmancasına şəhid olub.

Vətən müharibəsindəki hərbi vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15.12.2020-ci il tarixində  "Vətən uğrunda"  medalı, 29.12.2020-ci il tarixində  "Suqovuşanın azad olunmasına görə"  medalı ilə, 30.12.2020-ci il tarixində  "Hərbi xidmətlərə görə"  medalı ilə təltif edilmişdir. 




        

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar