Xəbər lenti 
					
 
		Tanınmış şair vəfat etdi
 Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadə vəfat edib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadə vəfat edib.Manevr.az kult.az-a istinadən xəbər verir ki, bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat verib.
O bildirib ki, Ağasən Bədəlzadə bu gün, 85 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonunun Pirəbilqasım kəndində yaşayırdı.
Pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasən Bədəlzadənin bu vaxtadək "Yanmaq ona deyərəm ki...", "Payızda məhəbbət", "Hayıf, a dünya səndən", "Qorxuram bu dünya sevgisiz qala", "Hələ yaşamağa dəyər dünyada" adlı şeirlər kitabları nəşr olunub.
Bundan başqa, Ağasən Bədəlzadənin şeirləri haqda müxtəlif qələm adamları, o cümlədən Xalq şairi Bəxtiyar Vahabzadə "Yanmaq ona deyərəm ki" adlı məqalə yazıb, müasirləri onun poetik axtarışlarını təqdir ediblər.
2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru olan şairin "Yapon ədəbiyyatı tarixi" dərslik kitabı çapdan çıxıb. Bu vaxtadək 11 kitabı çıxan şairin sonuncu kitabı "Tarixə düzgün baxış, yoxsa mistik naxış" adlanır.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















