Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan silahlı qüvvələrinin Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edilib

Tarix: 05-05-2025 19:06     Baxış: 4106 A- / A+

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qətliam faktı ilə bağlı protokollar elan və tədqiq edilib.

Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, sənədlərə əsasən, Laçın rayonu işğal edildikdən sonra müvəqqəti olaraq Goranboy rayonunun Ballıqaya kəndində yerləşən, Gülüstan meşəliyinin kənarında alaçıqlarda məskunlaşmış Laçın rayonunun Nağdalı kənd sakinləri 1992-ci il avqustun 28-də gecə saat təxminən 05 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən odlu silahlardan ümumi təhlükəli üsulla atəşə tutulub, nəticədə 24 nəfər qətlə yetirilib, 9 nəfər yaralanıb.
Qətliam zamanı həlak olmuş şəxslərdən 7-si 18 yaşınadək, 4-ü 60 yaşdan yuxarı şəxslər, ümumilikdə, 13-ü qadın cinsinə, 11-i isə kişi cinsinə aiddir.

Hadisə yerinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən edilib ki, Laçın rayonundan məcburi köçkün düşmüş şəxslər Ballıqaya kəndinin dağlıq hissəsində "fin evi" adlanan tikilidə və 4 alaçıqda məskunlaşıblar. Onlar həmin gecə təxminən 9 nəfər erməni hərbçisi tərəfindən ümumi təhlükəli üsulla odlu silahlardan atılmış atəşlər nəticəsində öldürülüb, daha sonra yaşadıqları alaçıqlar od vurulmaqla yandırılıb. "Fin evi" adlanan tikili tamamilə yanıb, içərisindən bir qadın və 6 uşaq meyiti, 1-ci alaçıqdan 6 meyit, 2-ci alaçıqdan 4 meyit, 3-cü alaçıqdan 1 yaralı uşaq, 2 meyit, 4-cü alaçıqdan 2 meyit və 2 yaralı uşaq, "Belarus" markalı traktorun yaxınlığında 3 meyit aşkarlanıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 8-də davam etdiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar